XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 01:13

“CBC Sport”da maliyyə böhranı yaranıb? –Baş direktordan işçilərin ixtisar xəbərinə reaksiya

cbc-sport-telek

""CBC Sport" kanalında hər hansı problem yoxdur. Sadəcə kanalımızda fəaliyyət göstərən səyyar telestansiyalardan (STS) biri göndərilib. Bu səbəbdən həmin STS-lə çalışan əməkdaşlar ixtisara düşüb". 

Bunu "CBC Sport"un baş direktoru Volkan Üst rəhbərlik etdiyi kanalın maliyyə çətinliyi ilə üzləşdiyi haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, tezliklə kanal yenidən iki STS-lə fəaliyyətini davam etdirəcək:

"Bir STS-lə həm çempionat oyununu, həm də gimnastika yarışlarını tamaşaçılara nümayiş etdirdik. Yəni Premyer Liqada bir oyun yayımlamağımız bununla bağlı deyil. Sadəcə, son turlar olduğundan bütün oyunlar eyni gündə keçirilir. Yenə tamaşaçılar Premyer Liqanın iki, üç oyununu izləyə biləcəklər. Hazırda ikinci STS-lə bağlı texniki hazırlıq işləri gedir və tezliklə yenidən əvvəlki kimi işləyəcəyik. Gələn ildən tamaşaçılarımızı müxtəlif layihələrlə, yarışların yayımı ilə sevindirəcəyik".

Baş direktor hazırda kanalda heç bir maddi problemin olmadığını da söyləyib: "Maliyyə ilə bağlı problemimiz yoxdur, hər şey normaldır. Əməkdaşlarımız maaşlarını vaxtında alır, normal qaydada işimizi davam etdiririk".

Report