XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2015 - 10:54

“Sənədli filmdə və TV jurnalistikada idman” layihəsi həyata keçirildi

film.jpg

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə CİNEMA Gənc Kinematoqrafçılar Mərkəzi İctimai Birliyi növbəti layihəsinin həyata keçirib. “Sənədli filmdə və TV jurnalistikada idman” layihəsi daxilində idman movzusunda sənədli filmlərin və TV məhsulların hazırlanma yolları ustad dərsləri vasitəsilə gənclərə çatdırılıb. Məlumdur ki son illər ölkəmizin idman sahəsində böyük uğurlara imza atması, gənclərin bu sahəyə maraqlarının çoxalması bu sahədə müxtəlif layihə və tədbirlərin sayını artmasına səbəb olub.

Cinema Mərkəzinin reallaşdırdığı bu layihə idman mövzulu sənədli filmlərin hazırlanma yollarını gənclərə öyrədir. Layihə çərçivəsində sənədli filmlərin hazırlanma metodları, sənədli filmin müxtəlif istiqamətləri haqında peşəkar trenerlər tərəfində gənclərə informasiya verilmiş və dünyada və Azərbaycanda çəkilən idman mövzulu sənədli filmlərdən nümunələr göstərilib.

Layihədə iştirak edən 20 dən çx gənc rejissor və idman yazarları idman mövzulu film və Tv məhsulların hazırlanmasında müxtəlif çap materialları ilə də tanış olublar.

film02.jpg