XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2016 - 21:58

“Aydın yol” qəzeti fəaliyyətini dayandırdı –Afaq Məsudun əmri ilə

afaq-mesud

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzeti fəaliyyətini dayandırıb.

Bu barədə Mərkəzin dierktoru Afaq Məsud əmr imzalayıb. Qəzet əməkdaşlarının Mərkəzdə işlə təmin olunacağı gözlənilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamıyla yaradılıb. Bu yaxınlarda Prezidentin digər sərəncamı ilə qurum publik hüquqi şəxslərin siyahısına daxil edilib.

Mərkəzin həftəlik “Aydın yol” qəzeti 2014-cü ilin sentyabrından nəşr olunurdu.

Teleqraf.com