XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 10:29

Sahib Alıyev:“İnternet TV yaratmağım barədə məlumatı birinci dəfədir eşidirəm”

sahib-aliyev

Azərbaycanda yeni internet televiziyasının yaradılması barədə xəbər yayılıb.

Xəbərdə deyilir ki, artıq televiziya üçün ofis kirayələnib və avadanlığın müəyyən hissəsi də alınıb. Konkret olaraq televiziyaya kimin rəhbərlik etdiyi bəlli olmasa da, deputat Sahib Aliyevin adı daha çox hallanır.

 Məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Sahib Aliyev yayılan xəbərlərin yalan olduğunu deyib: “İnternet Tv-nin yaradılması ilə bağlı heç bir məlumatım yoxdur. İnternet televiziyası yaradılır, kim yaradır, necə yaradır bilmirəm. Bu barədə heç bir məlumatım yoxdur. Bunu birinci dəfədir ki, sizdən eşidirəm”.

 Deputat, bu barədə bu günə kimi heç kəsdən təklif almadığını da bildirib: “İnternet TVnin yaradılması ideyası demirəm ki, pis ideyadır. Sadəcə, mənim bundan xəbərim yoxdur. Açığı, internet TV-nin yaradılmasında mənim adım niyə hallandırılır, onu da bilmirəm.

O qədər mənim kimi jurnalist var ki! Niyə mənim adım hallanmalıdır?! Ümumiyyətlə, hansısa televiziya yaratmaq barədə nə kimsəyə təklifim olub, nə də bir kimsənin mənə təklifi olub. Ancaq bunu deyə bilərəm”.