XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 13:00

“Azərbaycan” nəşriyyatı icarə və kommunal xərcləri qaldırdı –Yeni qərar

azerbaycan-nesriyyati

“Azərbaycan” nəşriyyatının binasında yerləşən redaksiyalar və digər təşkilatlar üçün nəzərdə tutulmuş kommunal xərclərin ödənilməsi haqqında müqavilə qiymətləri artırılıb.

Nəşriyyat bununla bağlı elan yayıb.

Elan mətnində qeyd olunub ki, son vaxtlar respublikada enerji daşıyıcılarının qiymətlərinin kəskin artması səbəbindən “Azərbaycan” Nəşriyyatı redaksiya və digər təşkilatlarla bağlanmış kommunal xərclərin ödənilməsi haqqında müqavilə qiymətlərinə dəyişiklik etmək məcburiyyətindədir. Bununla əlaqədar, gələn ilin yanvar ayının 1-dən etibarən kommunal xərclərə görə müqavilə qiymətləri 36 faiz artırılacaq.

Gələn il üçün kommunal və istehsal üzrə müqavilələr Nəşriyyatın İqtisadiyyat şöbəsində təqdim olunur.

Nəşriyyatın rəhbərliyi həmin tarixdən etibarən kommunal xərclərini yeni qiymətlərlə ödənilməsini xahiş edir. 2017-ci il üçün müqavilələr bağlanana qədər debitor borclarının ödənilməsi vacibdir. 

Report