XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 18:11

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasınıniclası keçirilib

m%c9%99tbuat-surasi

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyası 2016-cı ildə son iclasını keçirib. Şuradan verilən məlumata görə, iclasın gündəliyinə 6 məsələnin daxil edilməsi qərarlaşdırılıb.

Komissiya üzvləri əvvəlcə Beyləqan rayonunun Təzəkənd kənd sakini Gülnar Yusifova barədə  «ayantv.com» saytında şər və böhtan dolu yazının yayımlanması ilə bağlı müraciəti müzakirə ediblər. Məlumat verilib ki, «Ayantv.com»un yayımladığı materialların əksəriyyətində peşə etikasının tələbləri gözlənilmir. Buna görə də məsələyə MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında da baxılması məntiqi sayılıb. 

İclasda «liderpress.az» və «brifinq.az» saytı barədə də eyni ölçü götürülüb.

Komissiya üzvləri «vetenperverler.az saytı barədə son vaxtlar Mətbuat Şurasına şikayətlər daxil olmasının da həmin KİV haqqında belə ölçü götürülməsinə əsas verdiyi razılığına gəliblər.

Naftalan Şəhər İcra Hakimiyyətinin «starnews.az» saytından şikayətinə baxılarkən komissiya cavabdeh tərəfin etik prinsiplərin bir sıra tələblərinə sayğısız yanaşması barədə rəy qəbul edib. 

Komissiya üzvləri Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının «Xəzər» TV-də gedən «Ləzzət ovçusu» verilişi ilə bağlı MŞ-yə ünvanladıqları müraciətə də münasibət bildirib. Çıxarılan rəydə qeyd olunur ki, bu məsələyə baxılması Milli Televiziya və Radio Şurasının səlahiyyətindədir. Buna görə də müraciətin həmin quruma göndərilməsi məqsədəmüvafiq sayılıb.   (APA)