XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

25 Mart 2015 - 07:41

“Erməni” sözünə görə jurnalist məhkəməyə verildi
Türkiyənin paytaxtı Ankara şəhərinin meri Məlik Gökçek erməni əsilli istanbullu jurnalisti məhkəməyə verib.
Buna səbəb Ayko Baqdat adlı jurnalistin Melik Gökçekə erməni deməsi olub.
İstanbullu jurnalist Twitter bloqunda “Paytaxtı erməniyə verdilər. Dərdinizə şərikəm” yazmışdı. Bundan sonra Ankara meri erməni adlandırılmasını təhqir kimi qəbul etdiyi ilə bağlı bəyanat yayıb. Bəyanatla sakitləşməyən Gökçek təhqir olunması ilə bağlı məhkəməyə də müraciət edib.
Ankara merinin məhkəməyə təqdim etdiyi iddia ərizəsində belə qeyd edilir: Xalqın bu dərəcədə sevimli və hörmətli şəxsinə qarşı belə nifrət oyadıcı sözdən istifadə etmək təhqir və ona səs verən, dəstəkləyən və sevən hər kəsə hörmətsizlikdir”.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da 2014-cü ildə “erməni” sözünü təhqiredici ifadə olduğunu demişdi.
Anspress.com