XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2017 - 15:32

ANS-in əməkdaşları yeni telekanala keçdilər –Kəmalə Əlisgəndərqızına vəzifə verildi

ANS-LOQO

Yayımı dayandırılan ANS TV-nin işsiz qalan jurnalistləri “İnterAz” internet televiziyasına keçib.

Artıq ANS TV-nin keçmiş əməkdaşları – Vüsal Süleyman, Kəmalə Əlisgəndərqızı, Məmmədağa Vəliyev, Azər İsrafilov, Vəfa Təyyarqızı, Sevinc Eminzadə və digərləri “İnterAz” TV-də işə başlayıblar.

Keçmiş ANS-çi Kəmalə Əlisgəndərqızı “İnterAz”ın Xəbərlər bölməsinin rəhbəri təyin edilib, Vüsal Süleyman isə idman bölməsindən siyasət bölməsinə keçirilib.

Eyni zamanda “İnterAz” TV-nin əvvəlki əməkdaşlarının əksəriyyətinə də yeni iş yerləri axtarmaları barədə xəbərdarlıq edilib.

“İnterAz” rəhbərliyi bundan sonra TV-nin "ANS" kimi xəbərə daha çox üstünlük verəcəyini bildirib.

Publika.az