XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 Yanvar 2017 - 17:15

Sayt rəhbəri azadlıqdan məhrum edildi –Məhkəmə qərarı

mehkeme-16

Cəlilabad Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilən Əfqan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, məhkəmənin qərarı ilə jurnalist 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vəkil bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, Cənub bölgəsində fəaliyyət göstərən "Azel.tv” xəbər saytının təsisçisi və baş redaktoru olan Ə.Sadıqov Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham edilib.