XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2017 - 12:31

TRT 20 yanvar – Hüzn gününü canlı yayımlayacaq

trt

TRT Bakı təmsilciliyi ənənəsinə sadiq qalaraq 20 Yanvar faciəsini, hazırladığı xəbər, proqram və kliplərlə TRT HABER ve TRT AVAZ kanallari vasitəsi ilə dünyaya yayımlayacaq.

TRT-nin Bakı təmsilçiliyindən Strateq.az-a bildiriblər ki, təmsilçilik Az.TV-nin texniki dəstəyi ilə 20 Yanvar hüzn günündə Şəhidlər Xiyabanından canlı yayım həyata keçirəcək. Canlı yayımda şahidlərlə yanaşı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakultəsinin İşlətmə və İktisat Kafedrasının müəllimi Araz Aslanlı və TRT Bakı Təmsilçiliyinin müxbiri Səlim Toprak iştirak edəcək.

 Strateq.az