XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 15:57

Avropa İttifaqı “Mədəniyyət və yaradıcılıq” Proqramı çərçivəsində yeni onlayn kurslar açıb

internet_221212_2

Avropa İttifaqının "Mədəniyyət və yaradıcılıq" Proqramı “Marketinq və maliyyəşdirmə: uğurlu mədəniyyət layihələri” çərçivəsində  yeni onlayn kurslar açıb.

Avropa İttifaqının "Mədəniyyət və yaradıcılıq" Proqramının saytında təqdim olunan yeni onlayn kurslar layihələr və ya təşkilatları üçün marketinq və maliyyə strategiyalarının işlənib hazırlanmasında mədəniyyət menecerlərinə kömək edəcək. Kurslar yaradıcı ideyaların və biznes strategiyalarının bir araya gətirilməsinin müxtəlif metodları təklif edən aparıcı avropalı mütəxəssislərdən qısa video mühazirələrindən ibarətdir. Onlar yeddi dildə təqdim olunur: rus, ingilis, azərbaycan, rumın, belarus, gürcü və ukrayna dillərində. 

Artıq region ölkələrindən olan üç mindən çox insan Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq" Proqramının təşəbbüsü ilə təşkil olunan kursları www.culturepartnership.eu/publishing/online-learning dinləmiş və sertifikat əldə edib.  Hər bir kursu dinləmək üçün təqribən 30 dəqiqə vaxt tələb olunur. Kurslarda praktik nümunələr və sənəd şablonları öz əksini tapır. 

 

Digər kurs "mədəniyyət təşkilatları üçün maliyyələşdirmə" kursu adlanır. https://www.culturepartnership.eu/publishing/finance-and-project-budget

Sözügedən intensiv kurs yerli və beynəlxalq layihələr üçün hərtərəfli düşünülmüş real büdcənin tərtib olunması məsələsində mədəniyyət menecerlərinə kömək edəcəkdir. Sara Telvell mədəniyyət və yaradıcılıq təşkilatlarının inkişaf etdirilməsi üzrə biznes strategiyalarının işlənib hazırlanması istiqamətində ixtisaslaşır və Böyük Britaniyada təşkilatlar üçün məsləhətlər verir. Kurs zamanı o, qazandığı təcrübəni dinləyicilərlə bölüşəcək, büdcənin tərtibi prosesinin bütün mərhələləri barədə məlumat verəcək, habelə, maliyyə işlərinin aparılması ilə bağlı şablonları təqdim edəcəkdir. 

"Marketinq" mövzusunda kurs https://www.culturepartnership.eu/publishing/marketing

Devid Perrişin intensiv kursunu dinləməklə, siz bazarı tədqiq etməyin, müştərilər ilə işləməyin və marketinq strategiyasını hazırlamağın qaydasını öyrənəcəksiniz. Mədəniyyət və yaradıcılıq sahələri üzrə mütəxəssis kimi fəaliyyət göstərən Devid Perriş mədəniyyət və biznes təcrübələrinin bir araya gətirilməsi məqsədilə innovativ metodlar işləyib hazırlayıb.