XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 16:59

“Dedi-qodunun tərəfi deyilik…” –ATV-dən "Yoxlama" haqda iddialara reaksiya

atv--azerbaycan-kannali

ATV kanalının rəhbərliyi "Yoxlama" verilişindən sonra ölən məktəb direktoru ilə bağlı bəzi saytlarda yayılan xəbərə rəsmi reaksiya verib.

Strateq.az xəbər verir ki, ATV iddialara cavab olaraq, bunun həqiqət olmadığını bəyan edib: 

"Xətai rayonu 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölüm xəbəri bizi dərindən kədərləndirdi. Hər insan ölümü kimi bu ölüm hadisəsi də məyusedicidir. 

Səmimi qəlbdən Telman Qardaşovun ailəsinə ve yaxınlarına baş sağlığı verir, səbr diləyirik.    

 Ünvanımıza yönəldilən ittihamı  isə kökündən qərəzli ve absurd hesab edir, mərhumun oğlunun kədərini nəzərə alıb səbirlə qarşılayırıq. Bəli, 05.01 2017 ci il tarixdə sözü gedən məktəbdə çəkiliş aparmışıq ve 11.01.2017-ci il  tarixdə o veriliş efirdə yayımlanıb. Hər şey ictimaiyyətin gözü qarşısında baş verib. Verilişin efir gününə qədər ünvanımıza yönəldilən şər və böhtanlar da, yalanlar da… 

Veriliş efirə getdikdən sonra isə bütün həqiqətlər ortaya çıxdı. 

Biz öz işimizi görmüşük. Nə Təhsil Nazirliyindən, nə Bakı şəhər Təhsil idarəsindən, nə də digər qurumlardan ünvanımıza irad bildirilməyib. MTRŞ isə açıqlamasında verilişdə heç bir qanunauyğunsuzluğun  olmadığını bildirib. Məlum verilişin çəkilişindən ve efir günündən bu qədər vaxt keçdikdən sonra belə bir üzücü hadisənin baş verməsini kanalımızla əlaqələndirmək bütün məntiqi yanaşmalara ziddir. İctimaiyyətə bəyan edirik ki, bu cür söz-söhbətin, dedi-qodunun tərəfi deyilik ve qətiyyən də olmaq istəmirik".