XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 16:45

Mətbuat Şurasında iki veteran jurnalistin yubileyləri qeyd olundu –FOTO

mtbuat-surasi-ahil

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış veteran jurnalistlər Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileylərinə həsr olunmuş toplantı keçirilib.

Məbuat Şurasından Strateq.az-a daxil olan məlumata görə, şura sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, tədbir jurnalistika peşəsinə dəyər verən şəxslərin əməyinin qiymətləndirilməsi baxımından zəruridir.

Bundan sonra Ə. Amaşov tanınmış diktor, xalq artisti E. Bayram və T. Yusifovu rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə yubilyarlara məclisin xatirə hədiyyəsini təqdim edib.

M. Süleymanzadə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, "Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları hər iki yubilyarın ömür yolundan söz açaraq xatirələrini bölüşüblər.