XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2015 - 16:17

Umud Rəhimoğlu Beynəlxalq Mətbuat İnstitutunun tədbirində! – FOTO
Beynəlxalq Mətbuat İnstitutunun Myanmadakı Baş Assambleyası bu gün öz işinə başlayıb.
Strateq.az xəbər verir ki, görüşdə BMİ-nun ötən ilki fəaliyyəti və növbəti il üçün strateji planı müzakirə olunub.
BMİ-nun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Barbara Trionfi idarə heyəti tərəfindən BMİ-nun icraçı direktoru vəzifəsinə seçilib. Bundan başqa İdarə heyəti özünün strateji tərəfdaşları ilə əməkdaşlığı da müzakirə edib.
Qeyd edək ki, bu mötəbər qurumun İdarə Heyətində Azərbaycanı BAMF-ın sədr Umud Mirzəyev, bu beynəlxalq təşkilatın tərəfdaşları sırasında isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) var.
BAMF-ın sədri Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutunun(IPI) Myanmada keçirilən Baş Assambleyası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının fikir və ifadə azadlığı hüququnun təşviqi və qorunması üzrə xüsusi məruzəçi Deyvid Keylə görüşüb.
Görüşdə BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək məşvərətçi statuslu üzvü kimi BAMF-ın BMT-nin digər qurumları ilə münasibətləri geniş müzakirə olunub. Sonda BAMF-ın sədri Umud Mirzəyev Deyvid Keyi Azərbaycana dəvət edib. Deyvid Key dəvəti qəbul edərək tezliklə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib. Bundan başqa BAMF-ın sədri Umud Mirzəyev Myanmanın İnformasiya Texnologiyaları naziri Ye Htut və Myanmanın Mətbuat Şurasının sədri UKhin Maung Aye ilə də görüşüb.