17 ildir hər həftənin bazar günü nəşr olunan həftəlik "Reytinq" qəzeti bundan sonra hər həftənin şənbə günləri satışda olacaq.
Strateq.az xəbər verir ki, bu barədə qəzet rəhbərliyi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, qəzetin belə dəyişikliyə getməsinin səbəbi satış firmaları ilə bağlıdır: "Çünki bir neçə qəzet satışı firması bazar günləri işləmir. Buna görə həmin firmalara məxsus olan köşklər qəzeti bir gün sonra, yəni həftənin birinci günləri satışa çıxarırdı ki, bu da satışa ciddi təsir göstərirdi. Ona görə qərara alıdıq ki, qəzet bundan sonra hər həftənin şənbə günləri oxucuların sərəncamına verilsin. Ümidvarıq ki, oxucularımız bizi anlayışla qarşılayaraq, sevimli qəzetlərini şənbə günü köşklərdən və səyyar yayımlardan almağı unutmayacaqlar".