"AzərTac"ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri və eyni zamanda, Naxçıvan Dövlət Televiziyasının əməkdaşı Rauf Əliyev (Kəngərli) yeni vəzifəyə təyinat alıb.
Strateq.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun fevralın 14-də imzaladığı sərəncamla, o, "Şərq qapısı" qəzetinə Baş redaktorun müavini təyin edilib.