XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2017 - 16:58

Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusundadebat keçirilib

mət

Fevralın 18-də Bakı Avropa Liseyində “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırılmalıdırmı?” mövzusunda şagirdlər arasında debat yarışması keçirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlərin “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırmalıdırmı?” mövzusuna müraciət etməsi sosial məsuliyyət, cəmiyyətə obyektiv informasiyanın çatdırılması, qarşı tərəfin rəyinə hörmətlə yanaşılması kimi dəyərlərin media prizmasından araşdırılmasına xidmət edib.  

Məktəbin debat klubu üzvlərinin məqsədi jurnalist məsuliyyəti ilə bağlı mövcud problemləri göstərmək və eyni zamanda onlardan çıxış yolları üzərində birgə düşünmək olub.  

Şagirdlərin debatında təhsi naziri Mikayıl Cəbrayılov, millət vəkilləri, media qurumlarının rəhbərləri, müəllim, şagird və valideynlər iştirak edib.