XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2017 - 00:04

Özbəkistanın xəbər saytı Ermənistanın son təxribatlarından yazıb –FOTO

ozbekistan-yazi

Özbəkistanın tnews.uz portalı Ermənistanın cəbhə xəttindəki son təxribatları ilə bağlı geniş məqalə yayıb.

Məqalədə bildirilir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhənin bütün istiqamətlərində təxribatlar törədib, Azərbaycan mövqelərinə hücum etməyə cəhd göstəriblər:

"Ermənilər Xocavənd-Füzuli istiqamətində Azərbaycan mövqelərini ələ keçirməyə cəhd edib, lakin bunun qarşısı qətiyyətlə alınıb".

Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir. Bildirilir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə daha yeddi rayonu işğal edib, bu isə Azərbaycan torpaqlarının 20 faizi deməkdir: "Münaqişə nəticəsində 1 milyon azərbaycanlı öz ata-baba torpaqlarını tərk etməyə məcbur olub, qaçqın və məcburi köçkünə çevrilib.

Məqalədə Dağlıq Qarabağda keçirilən qondarma “referendum” haqqında da danışılır, vurğulanır ki, bu ermənilərin növbəti təxribatıdır.

Azərtac