TRT 1 telekanalının sabahdan Azərbaycanda yayımı bərpa olunacaq.
Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyinin (TİKA) verdiyi məlumata görə, Azərbaycanın Milli Televiziya və Radio Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Türkiyənin Radio, Televiziya Yayımı arasında əldə olunan razılaşmaya əsasən, TRT 1 telekanalının martın 1-dən etibarən Azərbaycanda sosial paket çərçivəsində yayımı təmin ediləcək.