XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

02 Mart 2017 - 11:11

Jurnalist Elmar Hüseynovun qətlindən 12 il keçir

elmar huseynov

Jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 12 il keçir.

2005-ci il martın 2-si yaşadığı mənzilin önündə jurnalistə 5 güllə vurulmuşdu, 6-cı patronu onun yanına qoyub getmişdilər.

Bu hadisədən sonra ölkənin rəsmi qurumları tezliklə qətlin üstünün açılacağını bəyan etdilər.  Ancaq 12 il üstündən keçməsinə baxmayaraq, hələ də bu cinayətin qatil və sifarişçisi tapılmayıb.

Baş Prokurorluq bu qətllə bağlı istintaqın davam etdiyini bildirir. E.Hüseynovun xanımı və oğlu isə ölkəni çoxdan tərk ediblər.

Bu gün, martın 2-si E.Hüseynovun qətlinin növbəti ildönümüdür. Dostları, həmkarları onun qəbri üstünə toplaşacaqlar.