XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2017 - 03:23

Baş redaktor DTX-ya çağırıldı –Elnur Məhərrəmli yazıyla bağlı dindirilib

elnurmeherremli

AzPolitika.info saytının baş redaktoru Elnur Məhərrəmli martın 17-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsinə çağrılıb.

Strateq.az xəbər verir ki, məlumatı elə Azpolitika.info saytı yayıb.

Saytın yazdığına görə, Elnur Məhərrəmlinin DTX-ya çağırılmasına səbəb “AzPolitika” saytının 15 mart tarixli buraxılışında yayımlanmış “GENERAL İNTİM VİDEO İLƏ ŞANTAJ OLUNUB! – “Reket şəbəkə”ni həbs etdirənin kimliyi bilindi!” sərlövhəli yazı olub.

Bu yazıda DTX tərəfindən ötən ilin dekabr ayında həbs olunmuş reket “jurnalistlər” – “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev və “Bizim Dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin yüksək post tutan nüfuzlu bir generalı oğlunun intim videosu ilə şantaj etmələrindən bəhs olunub.

Müstəntiq Mətləb Mehdiyev baş redaktordan bu yazı ilə bağlı şahid qismində ifadə alıb.

E.Məhərrəmli bildirib ki, yazıdakı iddialarla bağlı ona məlum olan bütün təfərrüatları öz ifadəsində qeyd edib.

“Söhbətimiz 2 saatdan artıq çəkdi və normal atmosferdə keçdi” – deyə, baş redaktor bildirib.