XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

28 Mart 2017 - 11:40

Jurnalistlər üçün tikilən ikinci bina tamamlanır –Açıqlama

"Bakının Səbail rayonu ərazisində jurnalistlər üçün tikilən ikinci binada hazırda tamamlanma işləri gedir”.

Bu barədə Modern.az-a jurnalistlərin yaşadığı birinci binanın sakinləri məlumat veriblər. İkinci binada çalışan iş icraçıları isə bildiriblər ki, son tamamlama işlərinin yayadək yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi sonuncu dəfə mətbuata açıqlamasında Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın 2017-ci ilin yayında, Milli Mətbuat günü ərəfəsində istifadəyə veriləcəyini bildirmişdi.

3 girişli, 17 mərtəbəli bu bina 255 mənzildən ibarətdir.

Xatırladaq ki, Yeni Salyan yolunda tikilən birinci bina jurnalistlərin istifadəsinə 2013-cü ildə verilib.