XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 04:53

“Azadlıq” qəzeti satış qiymətini qaldırdı

“Azadlıq” qəzeti satış qiymətini qaldırıb.

Strateq.az xəbər verir ki, bu barədə qəzet rəhbərliyi rəsmi məlumat yayıb.

Məlumatda qiymət artımının səbəbi belə izah olunub:

“Son 2 ildə qəzet 80 min manat cərimə ödəyib, əl yayımına yaradılan maneələr qəzetin vəziyyətini xeyli pisləşdirib, “Qasid” firması qəzetə olan 70 min manat borcunu ödəmir, əməkdaşlar aylarla əmək haqqı ala bilmir.

Təbii ki, bütün bu məhrumiyyətlər qəzeti zərrə qədər də öz mövqeyindən çəkindirməyib. “Azadlıq” yeganə qəzetdir ki, heç bir mənbədən dotasiya almır. 2013-cü ilin sonlarından KIVDF “Azadlıq”la əməkdaşlığı dayandırıb.

Bir sözlə, hakimiyyət bütün vasitələrlə qəzeti susdurmaq, sıradan çıxarmaq istəyib. Amma heç bir təzyiq, psixoloji basqı “Azadlıq”ın fəaliyyətini məhdudlaşdıra bilməyib. Lakin əməkdaşların fədakarlığı bütün məsələləri həll etmir. Nəşriyyatın ça
p xərcini 20 faiz qaldırması, satışa yaradılan maneələr qəzetin qiymətində dəyişiklik etmək zərurəti yaratdı. Buna görə də “Azadlıq”ın satış qiymətində 10 qəpiklik artım etmək qərarı verdik.

ümid edirik ki, oxucular düşdüyümüz çətin vəziyyəti anlayacaq, qərarımıza hörmətlə yanaşacaqlar. Biz bütün fəaliyyətimiz dövründə ölkə vətəndaşının, dövlətin maraqlarına xidmət etmişik, haqsızlıqla üzləşmiş insanların səsinə çevrilmişik, həqiqətləri tirajlamışıq. Bundan sonra da öz prinsiplərimizə sadiq qalacağıq və sədaqətli, qədirbilən oxucularımızın köməyilə çətin mərhələni arxada qoyacağıq”.