XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2017 - 17:45

AzPolitika.info saytının5 yaşı oldu

Bu gün “AzPolitika.info” saytının fəaliyyətə başlamasından 5 il ötür. Saytın ilk buraxılışı 5 il əvvəl məhz bu günə – 5 aprel 2012-ci il tarixə təsadüf edib.

Bu 5 il ərzində, imkanların məhdud olmasına baxmayaraq, “AzPolitika”ölkənin ən çox oxunan, izlənən saytları arasında öz layiqli yerini tutmağı bacarıb. Kənar müşahidəçilərin fikrincə, “AzPolitika” hazırda Azərbaycanın ən populyar saytları sırasında İLK ONLUQDA təmsil olunur.

Xüsusilə vurğulamaq lazım gəlir ki, fəaliyyət göstərdiyi illər ərzində “AzPolitika” heç vaxt İP dalınca qaçmayıb, özünün ciddi mövzuları əhatə edən informasiya siyasətindən sapmalara yol verməyib. Bununla belə, hazırda günlük 25-30 min İP, aylıq 200 mindən artıq unikal İP, 2 milyondan artıq səhifələnmə, saytda orta qalma müddəti 6 dəqiqədən artıq təşkil etməklə, Azərbaycan reallıqları üçün normal hesab olunan nəticələr əldə olunub.

Bundan başqa, “AzPolitika.info”nun Facebook səhifəsinin 60 mindən artıq izləyicisi var.

Əlbəttə, Azərbaycanda internet istifadəçilərinin sayının sürətlə artdığı, bu sayın artıq milyonlarla ölçüldüyü bir zamanda bu göstəricilər qaneedici hesab oluna bilməz. Buna baxmayaraq, “AzPolitika”nın redaksiya heyəti göstəriciləri yaxşılaşdırmaq naminə özünün informasiya siyasətində dəyişiklik etmək, əksəriyyət üçün cəlbedici olan “yüngül” mövzuları – şou xəbərlərini öz “rasionuna” əlavə etmək niyyətində deyil. İnkişaf planları prinsipial olaraq, ciddiyyətin saxlanılması əsas götürülməklə qurulur.

“AzPolitika”nın ən mühüm özəlliklərindən biri saytda “Şərh” bölümünün işlək vəziyyətdə olmasıdır. “AzPolitika” bəlkə də Azərbaycanda yeganə saytdır ki, bu bölümdə oxucularına öz fikirlərini tam sərbəst ifadə etmələri üçün şərait yaradıb. Gün ərzində “AzPolitika”nın oxucuları xəbərlərin, məqalələrin aşağı hissəsində heç bir senzuraya məruz qalmadan yüzlərlə şərh yerləşdirir. Bu zaman redaksiyanın yeganə tələbi təhqirin və qanunsuz çağırışların olmamasıdır. Polemika və tənqid isə tamamilə sərbəstdir və ən sərt formada ifadəsinə imkan yaradılır. Bəzən “AzPolitika”nın özü də belə sərt tənqidin, hətta əsassız ittihamların hədəfinə çevrilir…

Xatırladaq ki, saytın baş redaktoru Elnur Məhərrəmli, redaktoru isə İsmayıl İsmayılbəylidir. Hər iki tanınmış qələm sahibi uzun illər mətbuat aləmində kifəytə qədər populyar olan "Hürriyyət", "Bakı-Xəbər", "Bakı-Zaman", "Gündəm-siyasət" qəzetlərində birgə çalışıblar.

Strateq.az-ın kollektivi "AzPolitika"dakı həmkarlarını 5 illikləri münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar arzulayır!