XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 15:58

“YouTube”da canlı yayım funksiyası istifadəyə verilib –YENİLİK

“YouTube” mobil proqramında canlı yayım funksiyası istifadəyə verilib.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, ötən il “Twitter” və “Instagram” şəbəkələrində mobil qurğulardan onlayn translyasiyalar aparmaq üçün imkan yaradılıb, bu ilin fevralında isə bu funksiya “YouTube”a da əlavə olunub və əvvəlcə ondan yalnız 10 mindən çox abunəçisi olan istifadəçilər yararlana bilib. Bununla “Google” şirkəti ümumilikdə server və funksiyaların fəaliyyətini sınaqdan keçirmək niyyətində olub. Son həftələr ərzində isə “YouTube” mobil əlavəsində onlayn translyasiyalar funksiyasından çoxu istifadə imkanı əldə edib. Bununla əlaqədar “YouTube” bloqunda yerləşdirilən məlumatda bundan sonra funksiyadan kanalda mindən çox abunəçisi olan bütün istifadəçilərin yararlana biləcəyi bildirilir.

Onlayn translyasiya funksiyası birbaşa “YouTube”da quraşdırıldığına görə əlavə proqram yükləməyə ehtiyac yoxdur. Yayıma başlamaq üçün kameranın düyməsinə toxunaraq video üçün lentdə görünəcək təsviri seçmək və translyasiyanın adını göstərmək tələb olunur. Translyasiyanı, həmçinin birbaşa istinadla həm hamı, həm də konkret istifadəçilər üçün etmək olar.