XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 02:25

Azadlıq Radiosunun prezidenti bəyanat yaydı –Saytların bloklanmasını pislədi

Azərbaycandakı iri internet provayderlərindən biri ölkə üçün əsas müstəqil informasiya mənbəyi olan Azadlıq Radiosu Azərbaycan xidmətinin saytına girişi bağlayır.

Strateq.az azadliq.org-a istinadla xəbər verir ki, Azad Avropa Azadlıq Radiosu korporasiyasının yaydığı bəyanatda belə deyilir.

Bəyanatda bildirilir: "Saytın “Delta Telecom” provayder şirkəti tərəfindən bağlanmasına martın 27-dən başlanıb. "Freedom House" təşkilatının məlumatına görə, “Delta Telecom” Azərbaycan hökumətindən lisenziya almış və beynəlxalq internet trafikinə qoşulan 2 provayderdən biridir".

Bəyanat deyilir ki, AzadlıqRadiosu ilə yanaşı müstəqil kütləvi informasiya vasitələri olan “Meydan TV" və “Azadlıq qəzeti” də eyni problemlə üzləşib.

Azad Avropa və Azadlıq Radiosu korporasiyasının prezidenti Tomas Kent bu addımı pisləyir, bunu Azərbaycan hökumətinin hakimiyyətdən açıq-aşkar sui-istifadə edərək AzadlıqRadiosunun Azərbaycanda yerli auditoriyaya müstəqil informasiya çatdırmasına mane olmaq cəhdi kimi qiymətləndirir.

Bəyanatda qeyd edilir ki, Azərbaycan, 2016-cı il üçün "Freedom House" təşkilatının söz azadlığı ilə bağlı hesabatında azad olmayan ölkələr sırasındadır, bu ölkədə jurnalistlər daima saxlanılır və dövlət məmurları tərəfindən təqib olunurlar.

Bəyanatın sonunda deyilir ki, AzadlıqRadiosunun Azərbaycan xidməti Praqadakı iqamətgahından özünün veb-saytında məlumatlar yaymaqda davam edir və hökumətinin nəzarətində olan mətbuata vacib alternativ olaraq qalır.

Azərbaycan hökumət rəsmiləri isə AzadlıqRadiosuna müsahibələrində sözügedən saytlara ölkə daxilində hansısa maneə yaradılmadığını bildiriblər.