XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2017 - 17:45

Niderland Xarici İşlər Nazirliyi azərbaycanlı məhbuslar üçün proqrama dəstək verib

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir.

Bu layihənin icrası  “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Cəza qisas deyil, tənbeh tədbiridir” adlı xidmət çərçivəsində həyata keçirilir.

 Layihə çərçivəsində növbəti tədbir aprel ayının 14-də saat 11.00-da Bakı şəhərində 9 saylı CÇM-də keçirilib. Tədbirdə ekpert mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişlər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır. Tədbirdə həmçinin ekspertlər Gülnarə İsmayılova və Nisə Hacıyeva da iştirak edirlər. 

Tədbirdə layihə çərçivəsində hazırlanmış "Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat” kitabı və bukletlər paylanmış və kitabxanaya hədiyyə edilmişdir

Layihə məhkumların hüquqlarının təmin edilməsinə, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasına, sağlamlığın qorunması və onların reabilitasiyası və  gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır.