İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.
Strateq.az Milli Televiziya və Radio Şurasına istinadən bildirir ki, iclasda təşkilati məsələyə baxılıb.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən, Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.