XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 November 2015 - 09:36

Daha bir jurnalist ANS-dən getdi – Redaktor məlumat yaydı
 
ANS çM radiosunun baş redaktoru Kamran Mahmudov işdən ayrılıb.
 
Strateq.az xəbər verir ki, o, sosial şəbəkədə belə bir status yazıb: “ANS-dən ayrıldım. Bu gündən rəsmən işsizəm. Təklifləri açıq elan edirəm. Bir sözlə, təkliflərinizi göndərə bilərsiniz”.
 
Xatırladaq ki, Kamran Mahmudov 2004-2005-ci illərdə “İç xəbər” verilişinin aparıcısı və müxbiri, 2005-2010-də ANS çM-də radio-aparıcı işləyib. 2010-2015-ci illərdə isə o, müstəqil jurnalist kimi “Azadlıq” radiosunda fəaliyyət göstərib. Bu ilin iyun ayından isə K. Mahmudov ANS çM radiosunun baş redaktoru kimi çalışırdı.