XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 17:58

İTV-nin baş direktoru:"Komanda iş başındadır, dəyişiklik gözlənilmir”

"İctimai Televiziyanın Yayım Şurasına təşəkkür edirəm. Onların mənə etimadı nəticəsində yenidən baş direktor vəzifəsinə seçildim. Şura üzvlərindən 9 nəfəri yenidən bu vəzifəyə seçilməyim üçün səs verdi. Çalışacağam ki, gələcək fəaliyyətimdə bu etimadı doğruldum”.

Bunu APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev deyib.

Onun sözlərinə görə, bundan sonra rəhbərlik etdiyi qurum "İctimai Televiziya və Yayımı haqqında" qanun əsasında işini davam etdirəcək:

"Həmin qanunda İctimai Televiziyanın əsas prinsipləri, vəzifələri, məqsədləri öz əksini tapıb. Bu qanunun aliliyini rəhbər tutaraq öz gələcək fəaliyyətimizi yenə də davam etdirəcəyik. Mənim üçün vacib məsələlərdən biri azərbaycançılıq məfkurəsidir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan azərbaycançılıq məfkurəsi İctimai Televiziyanın fəaliyyətində öz əksini hər zaman tapıb və bundan sonra da tapacaq. Əlbəttə, yeni layihələr üzərində işləyəcəyik. Bunun üçün bir qədər zaman lazımdır. Dəyişilməyən iş prinsipləri var ki, onlar yenə də prioritet istiqamət kimi davam edəcək”.

"İctimai Televiziyada kadr dəyişikliyi gözlənilir, yoxsa hazırkı komanda ilə işə davam edəcəksiniz?" sualına isə C. Quliyevin cavabı belə olub: "Komanda işləyir, iş başındadır, hələ ki, heç bir dəyişiklik gözlənilmir”.