XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 14:02

Girişi bloklanan saytların nazirliyə qarşı iddiası –Hakim iclası təxirə saldı

Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarının, "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə iclasda ərizəçinin nümayəndəsinin etibarnaməsi olmadığından iclas mayın 1-nə təxirə salınıb.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Mərkəzi qeyd olunan saytların bloklanması barədə mülki iddia ilə bir müddət əvvəl məhkəməyə müraciət edib.