XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 May 2017 - 20:27

Media nümayəndələri Azərbaycan-Türkiyə birgə hərbi təlimləri izləyiblər –FOTOLAR

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 1-dən 5-dək keçirilən Silahlı Qüvvələrin birgə təlimlərini işıqlandırmaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə mayın 2-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün taktiki təlim mərkəzinə səfər təşkil edilib.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olan  jurnalistlər yerinə yetirilən tapşırıqların icrasını canlı olaraq müşahidə məntəqəsindən izləyiblər.