XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

11 May 2017 - 12:35

Jurnalistlərə yeni mənzillər nə vaxt veriləcək? –KİVDF sədri tarixi açıqladı

Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın istifadəyə veriləcəyi tarix məlum olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli APA-ya bildirib ki, ikinci binanın mənzilləri jurnalistlərə bu il 22 iyul – Milli Mətbuat günündə veriləcək.

Qeyd edək ki, 3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.

Xatırladaq ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib.