XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 13:27

Jurnalist Naxçıvandan Bakıya gətirildi – Həkimlər vəziyyətin pis olduğunu deyir
 
Bazar günü Naxçıvanda fəaliyyət göstərən müstəqil jurnalist Həkimeldostu Mehdiyev ağır xəsarət alıb.
 
“Turan”-ın məlumatına görə, belə ki, o, öz həyətində iş görərkən metalkəsən aləti (laqunda) saxlaya bilməyərək biləyini kəsib. Yaxınlarının sözlərinə görə, alət onun biləyini yarıya qədər kəsib. Onu təcili Bakıya çatdırıblar və 8 saatlıq əməliyyat edilib.
 
Həkimlərin sözlərinə görə, xəsarət çox ciddidir, lakin əlin bərpa olunacağına ümid var. Bununla belə, müalicə bir neçə ay davam edəcək.
 
Xatırladaq ki, H.Mehdiyev uzun müddət “Yeni Müsavat” qəzeti, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, “Turan” agentliyi və bir sıra QHT ilə əməkdaşlıq edib.