Avropa Birliyinin sözçüsü Maja Kocijancic Azərbaycan hakimiyyətinin "Azadlıq Radiosu"nun Azərbaycan xidməti də daxil olmaqla 5 internet saytını bağlamasını pisləyib.
O, mayın 14-də bildirib ki, məhkəmənin müfaviq qərarı müasir və demokratik cəmiyyətdə azad və müstəqil mediaya ziddir.
Qeyd edək ki, "Freedom House" təşkilatı da mayın 12-də məhkəmənin qərarını pisləyib.
“Azərbaycan hökuməti müstəqil media saytlarını qadağan etməklə Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda internet azadlığının olması ilə bağlı tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını göstərir”, – təşkilatın beynəlxalq proqramlar üzrə vise-prezidenti Robert Herman deyib .
Xatırladaq ki, Səbail rayon məhkəməsi mayın 12-də Azərbaycan Kommunikasiyalar Nazirliyinin iddiası ilə Azadlıq Radisounu, “Azadlıq” qəzeti, Meydan TV, “Azərbaycan saatı” proqramının internet saytı və Turan TV videokanalının bloklanması barədə qərar qəbul edib.
azadliq.org