XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

16 May 2017 - 15:12

“Kim istəyir bir kamera alır və xaricdə yayımlamağa başlayır” –Siyavuş Novruzovdan yeni təklif

“Azərbaycanda yayımlanan internet televiziyalarla bağlı qanun pozuntusuna qarşı sərt cəzalar tətbiq etməliyik”.

Bu təkliflə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edib.

“Kim istəyir bir kamera alır və xaricdə yayımlamağa başlayır, Azərbaycanla bağlı ağlına gələni çəkib istədiyi formada yayımlayır. Məsələn, kimisə tapıb Azərbaycanın əyaləti ilə bağlı guya ciddi problemlərin olduğu, vəziyyətin gərgin olması barədə danışdırıb yayımlayırlar. Biz araşdırıb yoxlayıb görürük ki, ümumiyyətlə həmin bölgədə o adda adam yaşamır. Haradan tapıb, necə danışdırırlar heç kimin xəbəri olmur. O cümlədən cəbhə xəttində ötən il aprel döyüşləri zamanı da həmin şəxslər eyni yalan məlumatları bu şəkildə yayımlayırdılar. Bununla bağlı ciddi ölçü götürməliyik”, – deyə, o, vurğulayıb.

APA