XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

16 May 2017 - 15:33

Mətbuat xidməti əməkdaşları jurnalistlərin binasından hansı halda mənzil ala bilər? –KİVDF sədrindən açıqlama

Məlum olduğu kimi, bu gün “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri” açıqlanıb.

Burada göstərilib ki, dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları ilə bağlı da Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimatlar verilə bilər.

Strateq.az xəbər verir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, jurnalistlərin mənzillərlə bağlı müraciətlərini qəbul edəcək Komissiyanın sədri Vüqar Səfərli Movqe.az-a açıqlamasında bildirib ki, dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə onların çalışdıqları qurumun rəhbərliyi tərəfindən Komissiyaya təqdimat verilə bilər: "Amma mütləq həmin mətbuat xidmətinin əməkdaşının KİV-lərdə ən azı fasiləsiz 10 il fəaliyyəti, eləcə də, ən son çalışdığı redaksiyada ən azı fasiləsiz 3 il stajı olmalıdır.  Qayda və şərtlərdə necə göstərilibsə, biz sənəd qəbulu zamanı müraciətlərin bu tələblərə cavab verib-verməməsinə diqqət edəcəyik. Əgər müraciət edən jurnalistin sənədləri göstərilən tələblərə uyğun deyilsə, onu Prezident  Adminstrasiyasına göndərməyin heç bir mənası yoxdur. Ona görə də, jurnalistlər, dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları bu tələbi nəzərə alaraq Komissiyaya sənəd təqdim etsinlər".