XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2017 - 16:43

İrəvanla bağlı saytın ingilis  versiyası hazırlanır

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə “www.iravan.az “ internet jurnalının ingilis versiyasının hazırlanması layihəsini həyata keçirir.

İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı və millətimizin 4 dəfə öz doğma yurdundan deportasiya olunması, tariximizin süni yollarla saxtalaşdırılması, mədəniyyətimziin mənimsənilməsi faktlarının dünyaya catdırılmasıdır.

Qeyd edək ki,  ictimaiyyətə təqdim olunan saytın  ilk öncə  online formatında Azərbaycan və rus dillərində versiyası təqdim olunub.  Birlikdən verilən məlumata görə, yaxın zamanlarda iravan.az adlı  jurnalın çap varıantının nşri reallaşacaqdır.

Qeyd edək ki, saytln ingilis dili versiyası gələn ay təqdim ediləcək.