Türkiyənin hüquq-mühafizə orqanları Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində “Sözçü” qəzetinin 4 əməkdaşını həbs edib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, onlar silahlı qruplaşmaya üzv olmaq və təşklilat adından cinayət törətməkdə ittiham olunurlar.
Həbs edilən 4 nəfər bunlardır: qəzetin sahibi Burak Akbay, internet üzrə məsul müdiri Melda Olgun, maliyyə məsələləri üzrə müdiri Yonca Kaleli və müxbir Gökmen Ulu.