XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 16:06

İTV və AzTV-də dəyişikliklər –Yeni təyinatlar

İctimai televiziyada və AzTV-də yeni təyinatlar olub.

Strateq.az lent.az-a istinadən xəbər verir ki, əməkdar jurnalist Natiq Abdullayev "Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru təyin edilib. Bundan başqa 2 gün əvvəl şirkətin informasiya departamentinin direktoru vəzifəsindən azad edilən Telman Məmmədov (Nəzərli) AZTV-nin Hərbi-vətənpərvərlik redaksiyasına rəhbər təyin edilib.

Qeyd edək ki, son günlərdə adları qeyd edilən telekanallarda xeyli rəhbər şəxsin vəzifələri dəyişdirilib. Azad Azərbaycan Teleradio Yayım Şirkətinin sabiq vitse-prezidenti Həsən Abdullayev İctimai Televiziyanın baş direktor müavini vəzifəsinə təyin olunub. 

Bundan başqa İTV-nin informasiya departamentinin direktoru vəzifəsindən çıxarılan Telman Məmmədovun yerinə direktor müavini Ələsgər Vəliyev təyin edilib. Həmçinin Gənclər, elm və təhsil departamentinin rəhbəri Zaur Mahmudov postundan uzaqlaşdırılıb. Bu vəzifəyə "Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru Rauf Rəcəbov gətirilib.