XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

09 İyun 2017 - 14:19

DİN-dən “Tolişi Sədo” qəzeti baş redaktorunun həbsi xəbərinə reaksiya:“Yalandır”

Daxili İşlər Nazirliyi “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun saxlanılması ilə bağlı məlumatlara aydınlıq gətirib.

 DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hər gün  müxtəlif məsələlərlə bağlı – cinayətə məruz qalan, cinayət törətməkdə şübhəli bilinən, inzibati qayda pozuntusu törədən, araşdırma tələbə edən və s. səbəblərlə yüzlərlə insan daxili işlər orqanlarına müraciət edir, dəvət olunur və ya saxlanılaraq gətirilir: “Bu, heç də o anlama gəlməməlidir ki, gündə bu qədər insan polis tərəfindən həbs olunur. Qətiyyən belə deyil. O ki qaldı konkret olaraq “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun guya polis tərəfindən saxlanılmasına dair bəzi xəbər saytlarında gedən məlumatlara, bu iddia əsassızdır və həqiqəti əks etdirmir. Son günlər Hilal Məmmədov ad-soyadlı şəxs polis tərəfindən həbs olunmayıb. Ona görə də hörmətli media nümayəndələrini hər hansı xəbəri hazırlayarkən diqqətli olmağa dəvət edirəm. Yoxlanılmamış, aidiyyəti dövlət qurumları tərəfindən təsdiq edilməmiş məlumatların mətbuata çıxarılması yolverilməzdir”.