XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 17:21

Jurnalistin qətlində günahlandırılan şəxs həbsxanada öldü –Təfərrüat

Rusiyalı jurnalist Anna Politkovskayanı qətlinin təşkilində günahlandırılan Lom-Əli Qaytukayev həbsxanada ölüb.

APA-nın “kommersant.ru”-ya istinadən verdiyi məlumata görə, o, uzun müddət xəstəlikdən əziyyət çəkib. Məlumata əsasəN, Qaytukayev məhkumların müalicə müəssisəsində ölüb.

Lakin qohumları onun həbsxanada fiziki təzyiqə məruz qaldığını iddia ediblər. Qardaşı oğlu Temirlan Qaytukayev əmisinin həbsxanada dəfələrlə döyüldüyünü deyib: “Əmim deyirdi ki, onun böyrəklərinə və ciyərlərinə xəsarət yetiriblər”.

Vəkili Yelena Xarionovskaya bildirib ki, həkimlər ona qara ciyərin sirrozu diaqnozu qoyulub. Bu, onun azadlığa buraxılması üçün əsas sayıla bilərdi.

Qeyd edək ki, Anna Politkovskaya 2006-cı ildə Moskvada qətlə yetirilib. Moskva şəhər Məhkəməsinin 2014-cü ildə verdiyi hökmə əsasən, qətlin icraçısı ömürlük həbs cəzasına məhkum edilib. Qətlin iştirakçıları olan bir neçə nəfərə uzun müddətli həbs cəzası verilib. Məhkəmə müəyyən edib ki, Anna Politkovskayanın Şimali Qafqazdakı hadisələr barədə yaydığı xəbərlərdən narazı qalan naməlum şəxs “Novaya qazeta” nəşrinin icmalçısının qətlini L. Qaytukayevə 150 min dollara sifariş edib.