XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

15 İyun 2017 - 13:20

Kanal-13″ün həbsdə olan icraçı direktoru ev dustaqlığına buraxılmadı –Məhkəmə

Nəsimi rayon Məhkəməsində Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.

Vəkili Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.