XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

16 İyun 2017 - 16:08

Baş Prokurorluq “bastainfo.com” saytına növbəti dəfə xəbərdarlıq etdi –Açıqlama

Azərbaycan Respublikası Baş Prokurorluğu bu gün daha bir sayta rəsmi xəbərdarlıq edib.

Bu barədə Strateq.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, "bastainfo.com” internet portalında yayılması qadağan edilən informasiyalar ictimailəşdirilməklə "Kütləvi informasiya vasitələri haqqında”, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının, habelə cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları pozulub:

"Bununla əlaqədar internet portalının baş redaktoru Mustafa Hacılı Baş Prokurorluğa dəvət edilərək, "Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu internet portalında dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə qəsdən və qərəzli şəkildə ictimai rəyi çaşdırmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaq məqsədi ilə konkret faktlara əsaslanmayan məlumatların, eləcə də ibtidai araşdırma məlumatlarının qərəzli olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində daha ciddi tədbirlər görüləcəyi barədə növbəti dəfə rəsmi xəbərdarlıq edilmişdir".