XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2015 - 16:06

Bakı Apellyasiya Məhkəməsi də Xədicə İsmayılı buraxmadı – Qərar

Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.  

APA-nın məlumatına görə, İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayılovanın vəkili Fariz Namazlı müdafiə etdiyi şəxsə bəraət verilməsi barədə vəsatət qaldırıb.  

Vəkil eyni zamanda Xədicə İsmayılovanın prosesdə vəkillərinin yanında əyləşməsini xahiş edib.   Vəsatətlər təmin olunmayıb.    

Daha sonra Xədicə İsmayılova çıxış edərək ona qarşı olan ittihamlarla razılaşmadığını bildirib.  

Dövlət ittihamçısı Abbas Abbasov isə məhkəmədən hökmün qüvvədə saxlanmasını istəyib.   Məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmaması barədə məhkəmənin qərarı elan olunub.  

Xatırladaq ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7,5 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub.