XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 17:49

“Mətbuat Şurası Nardaranda baş verənləri diqqətdə saxlayır” – Əflatun Amaşov

“Azərbaycan Mətbuat Şurası Nardaranda baş verənləri diqqətdə saxlayır”.

Strateq.az xəbər verir ki, bu barədə Reaksiya.az-a qurumun sədri, millət vəkili Əflatun Amaşov bildirib.

“Jurnalist hadisə yerinə informasiya toplamaq məqsədilə gedirsə, özünün qanunvericilikdə ona verilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərirsə, ona infomasiya alınmasında müəyyən maneələr yaranırsa, hücum olursa əlbəttə buna mütləq qanuni müstəvidə öz həllini tapmalıdır. Biz baş verən olayları diqqətdə saxlayırıq. çalışacağıq ki, biz eyni zamanda jurnalistlərə olan həmin təzyiqlər, onların hücuma məruz qalması da hüquq mühafizə orqanları tərəfindən araşdırılsın və qiymətləndirilsin”, – deyə, millət vəkili vurğulayıb.

O qeyd edib ki, əgər həmin məqamlarda günahkar varsa, onlar qanunvericilik çərçivəsində cəzalandırılmalıdır:  “Qanunvericilik var, konstitusiyada hər bir vətəndaşın hüquqları var və bu hüquqlar onlara verilir. Bu hüquqları aşmaq olmaz, əgər belə məqamlar olarsa, mütləq hüquqi müstəvidə, qanunvericilik çərçivəsində özünün hüquqi qiymətini almalıdır. Hər halda, ölkənin təhlükəsizliyi ilə bağlı olan məqamlar, xüsusilə də indiki vəziyyətdə Azərbaycanın sərhədlərinin yaxınlığında baş verən, eləcə də İraqda baş verənləri nəzərə alaraq çalışmalıyıq ki, həmin olaylar Azərbaycana ayaq açmasın. Qanunvericiliyin verdiyi bütün səlahiyytələr çərçivəsində fəaliyyət göstərmək zəruridir”.