XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

23 İyun 2017 - 15:20

İravan.az internet jurnalının ingilis variantı təqdim olunub

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə  bu gün Beynəlxalq Mətbuat Mərkəzində “www.iravan.az “ internet jurnalının ingilis versiyasının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Birliyin İdarə heyətinin rəhbəri Vüsalə Hüseynli bildirib ki, keçən il Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi yaradılan İrəvan onlayın jurnalının fəaliyyətində əsas məqsəd Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı və millətimizin 4 dəfə öz doğma yurdundan deportasiya olunması, tariximizin süni yollarla saxtalaşdırılması, mədəniyyətimziin mənimsənilməsi faktlarının dünyaya catdırılmasıdır: “ Bu jurnal vasitəsi ilə bir daha Qarabağ problemindən öncə ermənilərin Azərbaycan torpaqlarına hansı şəkildə ayaq açmaları, prosesin necə cərəyan etməsi və s nüanslar bunun nəticəsində Dağlıq Qarabağ münaqişəsi və s kimi faktları beynəlxalq ictimaiyyətin diqqətini çatdırmaqdır. Bu səbəblə keçən il jurnalın 2 dildə azərbaycan və rus dillərində olan versiyaları bu il isə ingilis dilində olan versiyası fəaliyyətə başlayır.” V. Hüseynli bildirib ki, növbəti illərdə saytın daha bir neçə xarici dillərdə fəaliyyəti nəzərdə tutulur. Eyni zamanda iravan jurnalının nəşri üçün də müəyyən hazırlıqlara başlanılıb.

Tədbirdə çıxış edən  “Konstitutsiya Araşdırmalar Birliyi”nin sədri, Azərbaycan Respublikası Prezidentı yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev  bildirib ki, Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb. Ekspert qeyd edib ki,  belə bir saytın bir neçə dillərdə fəaliyyət göstərməsi təqdirə layiq haldır və çalışmaq lazimdir ki, bu sayt fəaliyyətini davam etdirsin. Bunun üçün maliyyə qaynaqları axtarmaq zəruridir: “Digər bir tərəfdən öyrənmək lazimdir ki, İrəvanin tarixi yerlərindən bu gün onun yerində nələr qalib?  Təbii ki bu da olduqca maraqlı araşdırma olardı”.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov da  irəvan.az saytının fəaliyyətini yüksək qeyd etdiyini bildirib: “ Cənab prezident də mütəmadi olaraq qeyd edir ki, belə tipli informasiya saytlarının fəaliyyət göstərməsi  vacibdir. Çalışmaq lazimdir ki, saytın sosial şəbəkələrdə yayımını təmin edə bilək. O zaman hədəfə ulaşmaq mümkün olacaq”.

Tədbirdə çıxış edən Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Rəhimoğlu qeyd edib ki, İrəvan adı ilə bağlı olan hər şey brenddir: “ Öncə saytın kordinasiyasını müəyyən etmək lazimdir. Birlirsiniz bu günə kimi Qarabağla bağlı bir sıra saytlar  fəaliyyətlərini göstərmədən dəfn olunmuşlar və yaxud məlumatları uzun zamandır ki, sayt yenilənmir. Çalışmaq lazimdir ki, mütəmadi yenilənsin.  Biznes qurumlarını cəlb etmək lazimdir ki, bu saytın yaşaması üçün maliyyə dəstəyi göstərsinlər”.

Sputnik İnformasiya Agentliyinin əməkdaşı Ülkər Abdullayeva sayt yaratmağın ağır iş olduğunu  vurğulayaraq,  bu istiqamətdə aparılan işlərin təqdirəlayiq hal olduğunu söyləyib: “ Çalışmaq lazimdir ki, faktlara söykənilərərk, araşdırmalar apararaq, yalniz ermənilərər yox, dünyaya göstərərk ki, bu gün erməni dövlətinin paytaxtı olsa da İrəvan qədim Azərbaycan ərazisidir.

İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə saytın gələcəkdə daha da təkminləşməsinin önəmli olduğunu vurğulayıb: “Gələcəkdə saytda girişin daha aktiv olması üçün Forum açmaq  düşünürəm ki, maraqlı olar orda gənclər, ekspertlər müxtəlif müzakirələr aça bilərlər”. 

Humanitar Tədqiqatlar İctimai Birliyinin direktoru Əvəz Həsənov isə qeyd edib ki, gələcəkdə İrəvanin 3D formatlı  maketi yığılaraq jurnalın gənc istifadəçilərinə təqdim edilə bilər. Bu günkü İrəvanin köhnə İrəvanla fərqini göstərmək üçün köhnə tikililərdən nələrin qaldığını araşdırmaq üçün xarici fotoqrafın İrəvana səfərini də təşkil etmək mümkündür”.

Tədbirdə çıxış edən “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri  Əhməd Abbasbəyli  isə çıxışında əsas diqqəti  saytın daha çox  oxunaqlı olmasına çəkib. O bildirib ki, mayeriallar çox olduqca istifadəçilər də artacaq bu baximdan çalışmaq lazimdir ki, materilları zənginləşdirək.

Tədbirdə QHT sədrləri Könül Ağayeva, Mehriban Abdullayeva və digərləri də saytın əhəmiyyətindən danişiblar . Tədbirdə iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələri, qht rəhbərləri və s sayt barədə fikirlərini bölüşərək, uğurlar arzulayıblar.