XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 Noyabr 2015 - 16:50

ATƏT nümayəndəsi Nardaranla bağlı bəyanat yaydı – Dunya Miyatoviç jurnalistlərə hücumdan narahatdır

“İnanıram ki, hakimiyyət nümayəndələri hücumun hərtərəfli araşdırılması  və təqsirkarların mühakimə edilməsi üçün əllərindən gələni edəcəklər”.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç noyabrın 26-də Nardaranda jurnalistlərə hücum faktını pisləyib. Onun bəyanatında  deyilir ki,  naməlum şəxslər Nardaranda keçirilən polis əməliyyatı zamanı İTV-nin operatoruna hücum ediblər. Operator döyülüb, audio-video texnika isə zədələnib. ATV telekanalının çəkiliş qrupu da hücuma məruz qalıb. Telekanalın avtomobilinə hücum edilib, sürücü döyülüb.

“Bu, media nümayəndələrinə qarşı qəbuledilməz zorakılıq hallarıdır. Jurnalistlər ictimai çəkisi mühüm olan hadisələr barədə azad və təhlükəsiz şəkildə məlumat çatdıra bilməlidirlər. Onların təhlükəsizliyi təmin edilməlidir.

İnanıram ki, hakimiyyət nümayəndələri hücumun hərtərəfli araşdırılması  və təqsirkarların mühakimə edilməsi üçün əllərindən gələni edəcəklər “, – deyə, Miyatoviç vurğulayıb. (“Turan” İA)