XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 16:03

KİVDF ev siyahısını yekunlaşdırdı:Jurnalistlərin sənədləri Prezident Adminstrasiyasına göndərildi  

Yeni binadan ev almaq üçün müraciət edən jurnalistlərin sənədləri Prezident Adminstrasiyasına (PA) təqdim olunub.

AzVision.az  xəbər verir ki, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyaya sənədlərin qəbulu may ayının 22-dən iyun ayının 22-dək davam etdirilib. Bu müddət ərzində komissiyaya 850-ə yaxın jurnalist sənəd təqdim edib. Bundan əlavə KİV əməkdaşları tərəfindən mənzillərlə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına da müraciətlər edilib.

Qeyd edək ki, 2013-cü il, iyul ayının 22-də prezident İlham Əliyev Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən KİV əməkdaşları üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət daha bir bina inşa edilib.

Jurnalistlər üçün tikilən ikinci binadakı mənzillər bu ilin iyul ayının 22-də, Milli Mətbuat günündə sahiblərinə təqdim ediləcək.