XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2015 - 10:42

Jurnalist Rauf Mirqədirovun məhkəməsi: Novbəti proses ayın 9-da olacaq

rauf mirqed.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə bugünkü prosesdə ittiham şahidlərinin ifadələri davam edib.

Xatırladaq ki, məhkəmə qapalı rejimdə keçirilir. Vəkil və şahidlərdən prosesin açıqlanmaması barədə iltizam alınıb.

Vəkil Fuad Ağayev jurnalistlərə bildirib ki, məhkəmə istintaqı davam edir və növbəti iclas dekabrın 9-na təyin edilib.

Xatırladaq ki, jurnalist Türkiyədən deportasiya edildikdən sonra aprelin 19-da Bakıda həbs olunub.  Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.